sedanews.az
sedanews.az

Türk deputatdan erməni jurnalistə: Azərbaycana görə...

17-04-2019, 10:57 66 dəfə baxılıb

Türk deputatdan erməni jurnalistə: Azərbaycana görə...

       <img src="https://imgs.su/upload/198/1392089974.jpg"> 
            Ana səhifə                            Planet                   
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
              Azərbaycan qırmızı cizgimizdir. Ermənistan mövcud problemin həlli üçün addımlar atmalıdır.
Sedanews. az  xəbər verir ki, bu sözləri AKP-nin Ordu bölgəsi üzrə deputatı Mətin Gündoğdu erməni jurnalistə açıqlamasında deyib.
“Bir millət, iki dövlət olduğumuz Azərbaycanı özümüzdən ayırmırıq. Ermənistanın Azərbaycanla olan problemi həll etməsi lazımdır. Bu, regionun rifahı və burada yaşayanların birliyi üçün olduqca önəmlidir. Bunları edə bilsək, güclü coğrafiyaya sahib olarıq
Erməni diasporu Ermənistana zərər verir və sərhədləri bağlı saxlayır. Gərgin durumda problemlər həll edilməz. Əsas məsələ bu regionda birlik təşkil edib irəliyə doğru hərəkət etməkdir. Mətbuat nümayəndələrinin vəzifəsi sual verməkdir, bəli! Lakin gərginliyi artıracaq cəhdlər etmək doğru deyil. Öncəki prezidentimiz (Abdullah Gül) Ermənistana səfər etdi. Aramızdakı problemlərin həlli üçün yeni bir imkan var və bu imkan dəyərləndirilməlidir. AKP heç kimə qarşı ayrıseçkilik etməyən partiyadır. Bizim partiyadan erməni deputat da var: Markar Eseyan. Artıq 3-cü çağırışıdır ki, parlamentdə erməniləri təmsil edir.
Deputat erməni jurnalistin erməni əsilli HDP-çi Qaro Paylanla bağlı sualını da cavablayıb:
“O, fərqli bir siyasi xətt üzrə hərəkət edir. Onun təmsil olunduğu qurum Türkiyədə irqçilik edən, faşizm üzərində hərəkət edən və separatçılıqla məşğul olan partiyadır. Onlar PKK və PYD kimi terror qruplarına arxalanırlar. İrqçilik bütün ölkələrə zərər vermişdir. İrqçiliyin istənilən formasına qarşıyıq”, - deyə deputat bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA