sedanews.az
sedanews.az

İran yenidən Bəhreyndəki ABŞ mövqelərinə raket zərbələri endirib

Bugün, 12:39


    Sedanews.Az xəbər verir ki, bu siyasi və hərbi gərginli  barədə  Reuters, The Guardian, Al JazeeraAssociated Press (AP) kimi nüfuzlu qlobal media qurumlar xəbər yaylb. 
   Hadisələr bu gün səhər saatlarında sürətlə inkişaf edib və hazırda da gərginlik davam edir. 
, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İran ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən Amerika hərbi obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi zərbələr endirdiyini bəyan edib. 
 Bəhreyndə son bir neçə saat ərzində artıq üçüncü dəfə hava həyəcanı siqnalları işə düşüb və Daxili İşlər Nazirliyi əhalini sığınacaqlara çağırıb. İran dövlət mediası (IRIB) ABŞ hərbi mövqelərinə doğru yeni raket dalğasının buraxıldığını elan edib.  
  Bu kəskin qarşıdurma, Donald Trampın Türkiyədə keçirilən NATO sammitində olduğu bir vaxtda baş verir və tərəflər arasında keçən ay əldə olunmuş müvəqqəti atəşkəs sazişini tamamilə pozmaq həddinə çatdırıb. 
 Bəhreyn Daxili İşlər Nazirliyi və Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə ərazisində hava həyəcanı siqnallarının işə düşdüyünü (sirenalar) və hava hücumundan müdafiə sistemlərinin aktiv şəkildə "düşmən raket və dronlarını" zərərsizləşdirdiyini rəsmən təsdiqləyib. 
  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA