sedanews.az
sedanews.az

Paytaxt meriyası gənclər üçün davranış kodeksi nəşr etdirib payladı-İbrətamiz...

24-07-2019, 12:34 759 dəfə baxılıb

Paytaxt meriyası gənclər üçün davranış kodeksi nəşr etdirib payladı-İbrətamiz...

Böyüklərin yanında vulqar sözlər danışmaq və qəhqəhə ilə gülmək yasaqlandı...

 

Maqas şəhər  rəhbərliyi İnquşetiya gəncləri üçün davranış kodeksi nəşr etdirib.  

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə respublika paytaxtının başçısı Beslan Seçoyev yerli nəşrlərə açıqlamasında danışıb. Merin sözlərinə görə, ənənəvi milli, islami dəyərləri gənc nəsil arasında təbliğ etmək məqsədi ilə meriya tərəfindən maarifləndirici broşüra buraxılıb. Kitabçada foto-illüstrasiyalar və inquş, rus, ingilis dillərində mətnlər yer alıb. Gənclərin davranış kodeksi ictimai yerlərdə, sentyabr ayından isə təhsil müəssisələrində paylanacaq.  
B.Seçoev qeyd edib ki, Maqas meriyası daim şəhər sakinləri və qonaqlar üçün rahat şərait yaratmağa çalışır, lakin gənclər bəzən davranışları ilə yaşlıları məyus edirlər. “Məsələn, yanlarından böyüklərin keçməsinin fərqinə varmadan qeyri-etik sözlər işlədir və ya  qəhqəhə ilə, cingiltili səslə gülürlər”-deyə  paytaxt rəhbəri şikayətlənib.

Sultan Laçın






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA