sedanews.az
sedanews.az

Şəhid ölməz, Vətən bölünməz

Bugün, 11:47



  Şəhid Elsevər Əliyev 2001-ci il avqust ayının 7-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailədə iki bacının tək qardaşı idi. Elsevər orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb. Xidmətdə fərqləndiyinə görə bir neçə dəfə valideynlərinə təşəkkür elan olunub.
  Vətən müharibəsi başlayanda Elsevər ailəsinə zəng edərək halallıq istəyib və döyüşlərə qatılıb. Füzulinin yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə Elsevər və əsgər yoldaşları şücaət göstərib, düşmənə ağır zərbələr vurublar.
ŞəhddElsevər Əliyevin son döyüşü Füzuli cəbhəsində olub. 19 yaşlı döyüşçü oktyabr ayının 1-də yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulub boya-başa çatdığı Qusarçay kəndində dəfn olunub.  
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
  Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
  İllər keçəcək, qərinələr ötəcək  amma yeni tarix yazmış Şəhidlərimiz unudulmayacaq. Çünki hər Şəhidin haqqı var boynumuzda.
    Allah rəhmət eləsin. Puhun şad olsun Şəhidim!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA