Vətən sənə oğul dedi -Şəhid Rameş Zəkiyev
Şəhid Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir.
Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Rameş Zəkiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində minaatan olaraq iştirak etmişdir.Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə şəhid olmuşdur. Onun cənazəsi 20 oktyabr 2020-ci il doğulduğu boya başa catdığı Astara rayonunun Şahağac kəndinə gətirib dəfn etdilər.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rameş Zəkiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub. Doğulduğu Astara rayon Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidi Rameş Zəkiyevin xatirəsi əbədiləşdirilib.
Qarşında baş əyirik Şəhidim! Allah rəhmət eləsin. Ruhun şad olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: