sedanews.az
sedanews.az

"Qəhrəman ömür: Şixamir Qaflanov"

5-12-2025, 12:30



 Vətən torpağı üçün canından keçən igidlər unudulmur, unudulmamalıdır. Onların keçdiyi şərəfli yol, göstərdiyi qəhrəmanlıq hər zaman gənc nəsil üçün örnək olacaq. Belə qəhrəmanlarımızdan biri də Şixamir Qaflanovdur.
  Şixamir Qaflanov 7 dekabr 1986-cı ildə Balakən rayonunun Mahamalar kəndində dünyaya göz açıb. Sadə və zəhmətkeş ailədə böyüyən Şixamir uşaqlıqdan vətənpərvər ruhda tərbiyə alıb. Hərbi xidmətini layiqincə başa vurduqdan sonra müxtəlif sahələrdə çalışsa da, Vətənə olan bağlılığı və borc hissi onu yenidən döyüş yoluna səslədi.
 2020-ci ilin sentyabr ayında başlanan 44 günlük Vətən müharibəsində Şixamir Qaflanov könüllü olaraq cəbhəyə yollanır. O, döyüşlərdə böyük şücaət göstərərək ön xətdə düşmənə qarşı mübarizə aparır. Döyüş yoldaşlarının sözlərinə görə, Şixamir qorxmazlığı və əzmkarlığı ilə hər kəsin hörmətini qazanmışdı.

 Şəhid Şıxamir Qaflanov 19 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, doğulduğu Mahamalar kəndində torpağa tapşırılıb.
Vətən Şixamir kimi oğulları ilə qürur duyur. Onun adı yaşadığı kənddə və rayonda əbədiləşdirilməli, gələcək nəsillərə örnək kimi çatdırılmalıdır. Dövlətimizin və xalqımızın belə igidlərin ruhu qarşısında baş əyməsi, onların adının uca tutulması bizim ən ali vəzifəmizdir.
44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Şixamir Qaflanova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verildi. Bu ali ad Azərbaycan dövlətinin ən yüksək mükafatlarından biridir və yalnız seçilmiş, əsl qəhrəmanlara verilir.
  O həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və digər dövlət medalları ilə təltif edilib. 
Xidmət zamanı — “Hərbi xidmətdə fərqlənməyə görə” və “Qüsursuz xidmətə görə” medalları da almışdı.
 Bu təltiflər, şəhidin yalnız hərbi əməliyyatlarda deyil, bütövlükdə hərbi xidmətdə də yüksək əxlaqi və peşəkar keyfiyyətlərə malik olduğunu göstərir.
 Allah şəhidimizə rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA