Beş ton ot bağlaması yanıb külə döndü
Neftçala rayonunda ümumi sahəsi 210 kvadratmetr olan (150 m² sahədə talvar, 60 m² sahədə tövlə) köməkçi tikilidə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, tikilidə olan 60 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.