İdmançılarımız bu gün daha bir neçə növdə çıxış edəcək İslam Oyunları davam edir. Bu gün daha bir neçə növdə idmançılarımız çıxış edəcək. Stend atıcılığı üzrə 6 idmançımız - Fuad Qurbanov, Niyaz Ağazadə, Cavid Həsənov, Nurlana Cəfərova, Rigina Meftahəddinova, Sevda Nəcəfova gücünü göstərəcək. Qılıncoynatma növündə komanda yarışlarında Sablya üzrə qadınlar, Şpaqa üzrə isə kişilər mübarizə aparacaq. Para-stolüstü tennis yarışları da bugün keçiriləcək. Üzgüçülük üzrə kişilər arasında Vəli İsrafilov, qarışıq növdə Rəşad Əlquliyev, qadınlar arasında isə İlahə Radjiyeva, Fatimə Alkərəmova və Ayan Kələntərova yarışacaqlar. Cüdo növü üzrə isə kişilərdən 4, qadınlardan isə 5 idmançımız tatami üzərinə çıxacaq. Onlar arasında Balabəy Ağayev, İbrahim Əliyev, Nəriman Mirzəyev, Telman Vəliyev var. Qadın cüdoçularımızdan isə Leyla Əliyeva, Könül Əliyeva, Gültac Məmmədəliyeva, Səbinə Əliyeva , Nərgiz Hacıyeva mükafatlara iddialıdır. REAL
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: