Sabiq deputat səhər saatlarında ürəktutmasından dünyasını dəyişib
Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
REAL-ın xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.
Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.