sedanews.az
sedanews.az

Birinci vitse-prezident Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri ilə görüşüb

29-05-2019, 17:20 956 dəfə baxılıb

Birinci vitse-prezident Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri ilə görüşüb

                                                                                      
            
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 29-da "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüblər.
Milli.Az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşildi Bakıda görməkdən məmnunluğunu bildirdi.
Xatırladaq ki, bu ilin mart ayında Parisə səfəri çərçivəsində Mehriban Əliyeva David dö Rotşild ilə görüşü zamanı onu Bakıya dəvət etmişdi. Həmin səfər zamanı Azərbaycan Mərkəzi Bankı ilə "Rothschild Global Financial Advisory" şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanmışdı.
"Rothschild Global Financial Advisory" şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu dedi.
Söhbət zamanı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA