sedanews.az
sedanews.az

Ermənistan qadınlarını Azərbaycan əsgərinin qarşısına çıxarır - NƏ BAŞ VERİR?

23-11-2021, 16:45 255 dəfə baxılıb


Ermənistan qadınlarını Azərbaycan əsgərinin qarşısına çıxarır - NƏ BAŞ VERİR?

"Ermənistan dəfələrlə ordunun komplektləşdirilməsi məqsədilə müxtəlif cür qeyri-təbii qəbul edilə biləcək anormal qərarları qəbul etməsi ilə yadda qalıb". 
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Ermənistan ordusu ən böyük problemi ilə üz-üzədir:
"Daha əvvəl də Ermənistan ordusunda xidmət üçün qadınların çağırılmasına rast gəlmişdik, müharibədən dərhal sonra 45 yaşına qədər erməni vətəndaşlarını yaşadıqları ərazilərə yaxın yerlərdə xidmətə yerləşdirmək üçün Ermənistan parlamenti yeni qanun layihəsini də səs çoxluğu ilə qəbul etmişdi. Dolayısı ilə Ermənistan həm yaşlıları, həm qadınları hərbi xidmətə cəlb etməsi yeni bir xəbər deyil.
Sadəcə zaman-zaman bu proseslərin hansısa bir formada sürətləndiyini müşahidə edirik. Əgər könüllük əsasında orduya gələn yaşlıların sayı azaldığına, Ermənistan hakimiyyətini qane etmədiyinə görə Ermənistanın darmadağın olan ordusunun komplektləşdirilməsi məqsədi ilə hazırda səfərbərlik adı altında müxtəlif variantlara əl atırlar. 
İstənilən halda ələyi ələnmiş 50-60 yaşında erməninin 3 min metr yüksəklikdə Azərbaycan Ordusunun qarşısına gedib çata biləcəyi belə məndə böyük şübhələr doğurur. 
Əgər xatırlayırsınızsa, 2016-cı ilin aprelində də ermənilər eyni bir metoda əl atmışdılar, yaşlı erməniləri Ermənistandan Ağdərə rayonu istiqamətinə yola salarkən acımasız bir Azərbaycan "Harop"u həmin avtobusu o yaşlı erməni veteranlar ilə yarıyolda, heç Ağdərəyə daxil olmadan çox böyük uğurla "yaxalaya" bilmişdi. Nəticəsi isə Ermənistan üçün aydındır. Kimi orduya yığırlarsa yığsınlar, daxili işləridir. Amma onlardan Qarabağın sərhədlərinə yaxın bircə nəfər yaxınlaşarsa Ordumuz heçnə düşünmədən, heç bir xəbərdarlıq etmədən həmin qüvvəni məhv etməlidir".
Təhməz Əsədov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA