İrəvan üçün dəhşət ssenarisi: 13 yaşlı uşaqlar...
Ermənistan həm siyasi, həm hərbi, həm də texniki cəhətdən tükənir və boşluqları doldurmaq üçün cinayətkar əməllərini davam edirir.Bu sözləri
Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Ermənistan rəhbərliyinin yeniyetmələri orduya cəlb etməsi faktı haqda danışarkən deyib.
O bildirib ki, Ermənistan əsgər çatışmazlığının qarşısını almaq üçün ən sonuncu yollara əl atmaqdadır:
“Ermənistan rəhbərliyi öz xalqına qarşı soyqırım siyasəti həyata keçirir. 13-14 yaşlı uşaqları zorla orduya göndərib, onlara silah-sursat verib, səngərlərə qoymaq ağlasığmazdır.
Bu proseslər İrəvan üçün çox böyük faciə ilə bitəcək. Çünki erməni silahlı qüvvələri mövqelərini itirməyə davam edir. Ermənistanın siyasi rəhbərliyinin qətiyyəti, müdrikliyi olsaydı, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxar və sülh danışıqlarına başlamağa razı olardı".
Politoloq qeyd edib ki, hazırda Ermənistanın hər hansı bir şərt irəli sürməyə nə hüququ, nə də gücü var:
"Bütün şərtləri Azərbaycan irəli sürəcək! Zərərli yolun yarısından qayıtmaq İrəvan üçün xeyirlidir. Əgər əksini seçsə, ağır məğlubiyyətə uğramaqla yanaşı öz genofonduna kifayət qədər ciddi zərbə vurmuş olacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.