sedanews.az
sedanews.az

Vahid Əhmədov: Bəziləri vəziyyətdən istifadə edib süni qiymət artımı yaradırlar

30-07-2019, 12:41 904 dəfə baxılıb

Vahid Əhmədov: Bəziləri vəziyyətdən istifadə edib süni qiymət artımı yaradırlar



 

Rayonlarda müxtəlif növ meyvə-tərəvəz əkib-becərən fermerlər məhsullarını istədikləri qiymətə sata bilmirlər. Dövlət tərəfindən fermerlərə böyük dəstək göstərilsə də, onlar məhsullarını sahibkarlara çox aşağı qiymətə satmağa məcbur olurlar. 
Sahibkarlar isə əkin sahələrindən kiloqramını səkkiz və ya on qəpiyə aldıqları məhsulları bazarlarda minimum 80 qəpiyə və ya bir manata satırlar. Bu da haqlı olaraq fermerlərin narazılığına səbəb olur.
Moderator.az xəbər verir ki, fermerlərin narazılığını haqlı sayan deputat Vahid Əhmədov Oxu.Az-a məsələni şərh edərkən deyib:
“Fermerlər əkin sahələrində xeyli zəhmət çəkib məhsul yetişdirirlər. Amma onu bazara çıxarmaq baxımından çox böyük əziyyət çəkirlər. Çünki məhsulları bazara gətirmək üçün əlavə vəsait lazımdır. Ona görə də yerlərdə məhsulları sahibkarlara verməyə məcburdurlar.
Sahibkarlar da bu vəziyyətdən istifadə edərək əkin sahələrindən ucuz aldıqları malları daha yüksək qiymətə satırlar. Bu problem kartof, pomidor, soğan, badımcan və demək olar, bütün məhsullara aiddir”.
V.Əhmədov bildirib ki, bəziləri vəziyyətdən sui-istifadə edib süni qiymət artımı yaradır, yüksək gəlir əldə etmək istəyirlər:
“Demək olar ki, bütün meyvə-tərəvəzi yerlərdən çox ucuz alıb, baha satırlar. Burada faktiki olaraq balans yoxdur. Əhaliyə çatdırılan zaman məhsulların qiymətləri daha da yüksək olur”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA