sedanews.az
sedanews.az

“BakuBus” avtobuslarında səsləndirmə problemi aradan qaldırılacaq

20-12-2023, 12:19 163 dəfə baxılıb

   Bəzi avtobuslarda səsləndirmə ilə bağlı problem mövcuddur. IT və texniki heyət bu məsələ ilə məşğuldur. Yaxın zamanlarda problem aradan qaldırılacaq.
   Bu barədə “BakuBus”un mətbuat xidmətindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
“Mütəmadi olaraq sərnişinlərin rahatlığı üçün müxtəlif innovativ addımlar atılır. Keyfiyyətə nəzarət mütəxəssisləri sisteminin yaradılması da bunun bariz nümunəsidir. Bu mütəxəssislər gündəlik olaraq keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin rəyini öyrənirlər”, - deyə “BakuBus”un məlumatında qeyd olunub.
   Qeyd edək ki, “BakuBus” tərəfindən bu sistemin daha da genişləndirilməsi nəzərdə tutulur. "BakuBus" avtobuslarının bir qismində mövcud olan bu problem görmə məhdudiyyəti olanlar tərəfindən narazılıqla qarşılanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA