sedanews.az
sedanews.az

Mehriban xanımın insanlarla bu səmimi fotoları... - Deputat

29-04-2019, 14:37 1 123 dəfə baxılıb

Mehriban xanımın insanlarla bu səmimi fotoları... - Deputat

 <img src="https://imgs.su/upload/200/2133868147.jpg">       
            Ana səhifə                            Gündəm                    
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
                   Birinci vitse-prezident Mehriban Əliyevanın Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasına və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksinə səfər etməsi və məcburi köçkünlərlə görüşməsi günün əsas mövzusundan birinə çevrilib. 
Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərlə səmimi söhbəti barədə danışan millət vəkili Aydın Mirzəzadə Axar.az-a deyib. O bildirib ki, bu görüş növbəti dəfə ölkə rəhbərliyinin xalqın problemlərini diqqətdə saxlamasının göstəricisidir:
“Mehriban Əliyevanın humanitar məsələləri diqqətdə saxlaması, insanların işlə təmin edilməsiylə ciddi surətdə maraqlanması, təmirə ehtiyacı olan obteyklərə diqqət etməsi əsas iş prinsplərindən biridir. Dünən də Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü və onlarla açıq söhbət apardı. O, bir daha insanları maraqlandıran məsələlərə ölkə rəhbərliyinin diqqət etdiyini nümayiş etdirdi. Bu onun həm birinci xanım, həm də ölkənin ikinci adamı kimi öz işinə məsuliyyətlə yanaşmasının növbəti təzahürüdür. İnsanlar Mehriban Əliyevanın timsalında cəmiyyətə açıq, xalqın problemləriylə maraqlanan və heç bir məsələni diqqətdən kənarda qoymayan görkəmli dövlət xadimi gördülər”.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə səmimi söhbəti və fotoları geniş rezonans doğurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA