sedanews.az
sedanews.az

Ağsu rayonunun Kalva kəndində yaşayan Hümbətova Tünzalə Əlövsət qızı tərəfindən PREZİDENTƏ AÇIQ MƏKTUB

12-06-2019, 10:13 1 289 dəfə baxılıb

                                         Ağsu rayonunun Kalva kəndində yaşayan
                                        Hümbətova Tünzalə Əlövsət qızı tərəfindən
                                                    
                                                       AÇIQ MƏKTUB
 Hörmətli Prezident!
    
Yazıb sizə məlum edirəm ki, mən Hümbətova Tünzalə Əlövsət qızı Ağsu rayonunun Kalva kəndində doğulmuş, bu kənddə böyüyüb başa çatmışam. 1968-ci ildə Kalva kənd sakini Hümbətov Ayaz Allahverdi oğlu ilə ailə həyatı qurmuşam. Mənimlə ailə həyatı qurmamışdan Ayaz Hümbətovun ailəmi vəfat etmiş, birinci nigahdan iki övladı qalmışdı. Mənim isə onunla nigahdan dörd övladım olmuşdur. Bu altı uşağın əziyyətini mən çəkmiş, onları mən böyütmüşəm. Həyat yoldaşım dünyasını cavan dəyişmiş. 1978-ci ildə ağır xəstəlikdən vəfat etmişdir. Mən hal-hazırda yaşadığımız evdə gəlin gələndə evdə qayınata kimi Osmanok Köçəri Hümbət oğlunu, qayınana kimi Oçmanova Güləbətin Xələf qızını görmüşəm. Həyat yoldaşımın ölümündən sonra da bu evdə yaşamışam. Onu da qeyd etmək istərdim ki, yoldaşımla ana bir ata ayrı bir qaynım-Hümbətov Fəyyaz Köçəri oğlu da var. O, Bakı şəhərində işləyib yaşayırdı və mövsümü olaraq bizim evdə yaşayırdı.
Əslində mən elə bildim ki, bu ev bizim doğma ocağımızdı. Lakin mən yanılmışam. Demə qayınım başqa xəyallarla yaşayırmış. Qayınatamın və qayınanamın vəfatından sonra qayınım tərəfindən çox soyuq münasibətə tuş gəldik. Bu xeyli müddət davam etdi. Nəhayət o, fikrini açıq-aydın bəyan eylədi. Dedi ki, sizin burada nə yeriniz, nə də yurdunuz var. Bu torpaqdan sizə pay yoxdur. Əvvəl mən bunu anlamadım, amma sonralar mənə məlum oldu ki, sən demə hazırda yaşadığımız ev və həyatyanı sahə vaxtilə kəndin ispolkomu işləmiş, həyat yoldaşımın dayısı Hacıyev Havəli Xələf oğluna məxsus imiş.
Mənim qayınatam Osmanov Allahverdi Hümbət oğlu vəfat etdiyindən, ispolkom  öz bacısını Osmanov Köçəri Hümbət oğluna ərə vermiş, onları öz yurduna köçürərək vəzifəsindən sui-istifadə edib, kəndin mərkəzinə, qayınatam Allahverdi və qardaşı Ağacana məxsus torpağı zəbt etmişdir.
Lakin biz Osmanov Köçəriylə birgə yaşadığımızdan bunun fərqinə varmamışıq. Çünki həyat yoldaşım Ayazın və qayınım Fəyyazın anaları bir olmuş.
İndi isə qayınımın biri bizi əlli (50)il yahadığımız ocaqdan təmamilə çıxarmaq istəir. Hələ 2006-cı ildə mən qayınıma dedim ki, kənd evimiz uçub dağılır, gedək onu bərpa edək. O isə bildirdi ki, mənim imkanım yoxdur. Mən köhnə evə az-çox xərc qoyub nisbətən yararlı hala gətirdim. Qayınım isə həmən köhnə evin cənubunda özünə müasir yaşayış evi tikdi.  
  Qeyri-qanuni 19 sot torpağa kupça, 6 sota isə şəhadətnamə aldığını bəyan edərək, bizə hər gün hədə-qorxu gəlir.
Mənimlə pul ədavəti edir. Deyir ki, dünyanın pulunu tökmüşəm sənəd almağa. Ya pulumu verin, ya da buranı tərk edin. Arxiv sənədlərində bunun atasının cəmi 14 sot torpağı olub. Bu necə 25 sota sənəd düzəldə bilər? Bəs mənim qayınatam Allahverdi Osmanova məxsus olan 10 sot torpaq hal-hazırda kimə məxsusdur.
Bir sözlə biz bu adamın əlində bir oyuncaqa çevrilmişik. 50 il yaşadığım evimdən qovub hədələyir ki, oğlum böyük adamların əhatəsindədir, siz heçnə edə bilməyəcəksiniz. 25 sot torpaq hamısı mənimdir, vəssalam. Başınızın çarəsini tapınız. Mən bu insana nə deyim. Onu bilirəm ki, heç bir vicdanlı, Allahı sevən insan belə addım atmaz. Axı altı yetim uşağı mən bu evdə böyüdüb-başa çatdırmışam. Bu isə mənə bildirir ki, indii pul zəmanəsisidir. Hara şikayət etsən də, sənə məhəl qoyan olmayacaq, çünki sənin pulun yoxdu. Özəlləşdirmişəm və öz oğlanlarımın arasında bölüşdürəcəm.
Mən Sizdən artıq dərəcədə xahiş edirəm ki, qayınımın saxta əməllərini dayandırın. Mənim də övladlarım, nəvələrim var. Axı bu yurdda qayınatamdan mənə miras qalmış 10 sot torpağ sahəsi var. Mən necə və hara bu yurddan çıxıb gedib.
Bu adam heç kimi saymır, yerli nümayəndələri belə eşitmək istəmir. Dəfələrlə kənd rəhbərliyinə müraciət etmişəm gəliblər baxıblar. Onlar onun yaşayışını və mənim yaşayışımı görüblər.
  Mənim artıq 68 yaşım var. mənim qapıarxasında qalan vaxtım deyir. Bir Azərbaycan qadını kimi sizə üz tuturam. Mənə köməklik edin.qayınatamdan miras qalmış 10 sot torpağa sahib olmağa mənə yardımçı olun. Haqqın, ədalətin Fəyyaz kimi pul hərislərinin əməl sahiblərinin tərəfindən tapdalanmasına yol verməyin.
Çox xahiş edirəm. Qayınım tərəfindən təzyiqlərdən, təhqirlərdən, böhtanlardan bezib artıq intihar həddinə çatmışam. Hər şeyi yazmağa səbrim çatmır.
   Sizdən artıq dərəcədə xahiş edirəm bu işə ədalətlə yanaşıb araşdırın. Bu Ramazan ayında Sizləri Allaha and verirəm mənim kimi məzlumların son aqibətini belə insanların hökmünə buraxmayın.                 

                 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA