sedanews.az
sedanews.az

Partiya sədrindən jurnalistlərə təbrik - "Qələminiz iti, sözünüz kəsərli olsun"

22-07-2019, 16:31 904 dəfə baxılıb

Partiya sədrindən jurnalistlərə təbrik - "Qələminiz iti, sözünüz kəsərli olsun"



 

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Milli Mətbuat günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edib.

Partiya sədri Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı mövcud durumu yüksək qiymətləndirməsə də, ölkənin kifayət qədər vicdanlı jurnalistlərinin olduğunu qeyd edib. Onun qənaətincə, hər bir ölkənin simalarından biri onun müstəqil mətbuatı və vicdanlı jurnalistləridir.

"Əziz jurnalistlər! Mən bütün fəaliyyətim boyu haqq-ədalət uğrunda mübarizə aparmışam. Hər zaman mənim yanında müstəqil, dövlətini sevən, vətənpərpər jurnalistər olub. Onların sayı çox olmasa da, bizim fikirlərimizi, düşüncələrimizi xalqa çatdırıblar. Arzu edirəm ki, hər zaman müstəqil, vicdanlı olasınız, qələminiz iti, sözünüz kəsərli olsun. Hər zaman haqqın yanında olun ki, haqq-ədalət qalib gəlsin.
Milli Mətbuat gününüz mübarək" - deyə təbrikdə deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA