sedanews.az
sedanews.az

Bakıda ana-bacısını niyə öldürüb qaçdı? - Təfərrüat

16-12-2019, 15:08 763 dəfə baxılıb

Bakıda ana-bacısını niyə öldürüb qaçdı? - Təfərrüat



               Dekabrın 13-də paytaxtın Bakıxanov qəsəbəsində anasını və bacısını qətlə yetirən şəxsin cinayəti ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Axar.az-ın əldə etdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Fatma Həmzəyevanın və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə öldürülməsinin səbəbi əmlak mübahisəsi olub.
F.Həmzəyevanın oğlu ondan rayondakı evi satmağı və pulunu ona verməyi tələb edirmiş. Hadisədən bir gün əvvəl Elgün onlarla bir mənzildə qalan rəfiqəsinə qardaşının Moskvadan gələcəyini bildirib və eyni evdə qalmağın etik baxımdan düzgün olmadığını söyləyərək, bir günlük başqa yerə getməsini istəyib. Elgünün rəfiqəsi həmin gün xalasıgildə qalıb.
Moskvadan gələn qardaş isə ana və bacısını kəsici-deşici alətlə qətlə yetirib. Onun dərhal Rusiyaya qaçdığı deyilir.
Hadisədən də öldürülən Elgünün onunla birgə evlərində qalan rəfiqəsi xəbər tutub. Belə ki, Elgünün səhər işə gəlmədiyini görüb, telefon zənglərinə də cavab verilmədiyindən narahat olaraq, onların evlərinə gedib. Evə girərkən isə dəhşətli mənzərə ilə qarşılaşıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA