sedanews.az
sedanews.az

Ötən ay Türkiyədə ev alan azərbaycanlıların sayı 30% azalıb

20-11-2019, 12:01 94 dəfə baxılıb

                Ötən ay Türkiyədə ev alan azərbaycanlıların sayı 30% azalıb                            

                                                                        
Bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 125 mənzil alıb.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 52 mənzil və ya 29,4% azdır.
Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycanın 954 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14 mənzil və ya 1,5% çoxdur.
Qeyd edək ki, ümumilikdə oktyabr ayında 4 311 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-ci ilin eyni ayı ilə müqayisədə 2 016 ədəd və 31,9% azdır. 
Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə 36 579 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2018-ci ilin 10 ayı ilə müqayisədə 5 867 ədəd və ya 19,1% çoxdur. 
Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin oktyabr ayında iraqlılar Türkiyədə 597, bu ilin 10 ayında isə ümumilikdə  6 124 mənzil əldə ediblər.
Siyahıda sonrakı yeri İran tutur. Bu ölkənin vətəndaşları oktyabr ayında 536, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində isə 4 160 mənzil satın alıblar.
İlk üçlüyü isə rusliyalılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 292 mənzil, bu ilin 10 ayı ərzində isə 2 231 mənzil əldə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA