Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi" layihəsi uğurla davam edir.
IDEA-dan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı nəzəri və praktiki təlimlərə cəlb olunan 21 nəfər könüllü gənc iki həftəlik kursu müvəffəqiyyətlə tamamlayaraq arıçılıq təsərrüfatı üçün lazım olan bütün resurs və ləvazimatlarla tam təchiz olunublar. Gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.
IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.
Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara "ABAD" stendlərində öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.
Məlumdur ki, arı və digər tozlandırıcılar biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bunu nəzərə alan IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkəmizdə nektar verən ağacların əkilməsi üzrə bir neçə kütləvi ağacəkmə aksiyaları keçirmişdir.
Ekosistemdə vacib rol oynayan arıların qorunmasında hər birimizin iştirakına ehtiyac var! Sadaladığımız kiçik addımlar bu zəhmətkeş canlıların varlığı üçün böyük dəyişikliklərə gətirib çıxara bilər, məs.:
Ərzaq təhlükəsizliyinin əsas şərti olan ekoloji təmiz məhsul istehsalını dəstəkləməliyik.
Heç bir arı ölmək istəmir və sancmaq onların təhlükə anlarındakı son, məcburi seçimləridir. Bu səbəbdən, arı gördükdə təşvişə düşməməli və onu öldürməyə çalışmamalıyıq, sakitcə və zərər vermədən uzaqlaşdırmağa çalışmalıyıq.
Eyvan və bağçamıza lavanda, akasiya, payızgülü, kəklikotu, yonca, cökə, nanə, günəbaxan, süpürgə otu və s. kimi arıların sevdikləri bitkiləri əkərək onları dəstəkləyə bilərik.
Suya düşən arını dərhal və ehtiyatla çıxarıb quru səthə qoymaqla, onu xilas edə bilərik. Bir müddət sonra arı özünə gələrək uçub gedəcəkdir.
Yaşayış mühitinin itirilməsi arılara mənfi təsir edən ən vacib amillərdən biridir. Yaşıllıq ərazilərini artırmaq və qorumaqla bütün canlıları, o cümlədən arıları xilas edə bilərik.
Arıların Planetimiz üçün əhəmiyyəti haqda maarifləndirmə fəaliyyətlərinə qoşulmaqla onların qorunmasına böyük töhfə verə bilərik.
Təbiətin arılara, bizim isə təbiətə ehtiyacımız var. Gəlin, arılara qayğımızı artıraq və onları birgə yaşadaq. Arılar varsa, həyat var!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Xalq artisti Aleksandr Şarovski vəfat edib
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Bu müəllimlər imtahana cəlb olunacaqlar
İqlim gündəminin diqqəti Bakıda: mühüm toplantı başladı
Məktəblərin qarşısında təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİR
Prezident iki ölkəyə səfir təyin etdi
Bakıda bal yarmarkası keçiriləcək
Payız Azərbaycana bu tarixdə gələcək - Dəqiq saat AÇIQLANDI
Sabah temperatur 35 dərəcəyə çatacaq
Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bakıda 15 bina söküləcək – SİYAHI
İlham Əliyev Melonini təbrik etdi
Uşağını özəl bağçaya qoyan valideynlərə ŞAD XƏBƏR
Sabah Bakıda 30 dərəcə isti olacaq
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Ayaqlarınız isti otaqda da üşüyür? - Ciddi xəstəliklərin əlaməti ola bilər
Xalq artisti Yaşar Nurinin doğum günüdür
Salyanda ağır qəza - 5 nəfər xəsarət aldı
Birinci sinifə qəbul başa çatır
Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb