sedanews.az
sedanews.az

Böyük bacısı olan uşaqlar daha şanslıdır

26-08-2019, 11:03 804 dəfə baxılıb

Böyük bacısı olan uşaqlar daha şanslıdır



Böyük bacısı olan uşaqların danışıq bacarıqları böyük qardaşları olan uşaqlarla müqayisədə, daha yüksəkdir.
"Habertürk" xəbər verir ki, bu barədə Fransanın PSL Universitetinin apardığı araşdırmada deyilir.
Araşdırma çərçivəsində böyük bacısı, yaxud böyük qardaşı olan 1276 uşaq arasında danışıq testi keçirilib. Yaşları 2-6 arasında olan bu uşaqların dil bacarıqları üzrə inkişaf tempi 11 yaşına qədər öyrənilib.
Məlum olub ki, ailədə tək uşaq olanlar böyük qardaşı və böyük bacısı olanlara nisbətən daha yaxşı danışmaq bacarığına malikdirlər.
Böyük bacı və ya böyük qardaş amili nəzərə alınanda isə böyük bacısı olan uşaqların danışıq qabiliyyətləri daha yüksək səviyyədədir.
Bildirilir ki, ailədə tək uşaq olanlar valideynləri ilə daha çox vaxt keçirdiklərinə görə onlarda dil bacarıqları yüksək səviyyədə olur. Böyük bacıları olan uşaqların daha yaxşı danışmalarının səbəbi isə hələlik bilinmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA