sedanews.az
sedanews.az

Avropada koronavirusa qarşı peyvənd vurduranlara pasport verilməsi barədə düşünülür

18-01-2021, 11:27 509 dəfə baxılıb

Avropada koronavirusa qarşı peyvənd vurduranlara pasport verilməsi barədə düşünülür

Avropa İttifaqında (Aİ) koronavirusa qarşı peyvənd vurduranlara pasport verilməsi barədə düşünülür.
TASS-ın məlumatına görə, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.
Onun sözlərinə görə, yanvarın 21-də Aİ ölkələrinin dövlət və hökumət başçıları virusa qarşı peyvənd sertifikatlarının tətbiqi məsələsini müzakirə edəcəklər. O, bu mövzuda Avropa əməkdaşlığının zəruri olduğunu qeyd edib.
Bundan əlavə, Avropa Şurasının rəhbəri yalnız koronavirusa qarşı peyvənd edilənlərin Aİ-yə getməsinə icazə verilmə ehtimalı barədə danışıb. O, bunun çox həssas bir mövzu olduğunu qeyd edib, çünki bu vəziyyətdə bir çox Avropa ölkəsində vaksinasiyanın məcburi olacağı fikri yarana bilər.
Avropada koronavirusa qarşı vaksinasiya dekabrın 27-də başlayıb. Birinci mərhələdə Avropa İttifaqı ölkələrinin hər biri prioritet əhalidən azı beş min insanı peyvənd edə biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA