sedanews.az
sedanews.az

Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası

30-07-2021, 12:27 427 dəfə baxılıb

Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası


Vaksinasiya prosesi COVİD-19 infeksiyasına qarşı ən doğru və sağlam yoldur. Vaksinasiya zamanı bədənimizə daxil olan madda əslində bizim ummunitetimizə virusa qarşı mübarizənin yolunu göstərir. Yəni ki, vaksinasiya bizim normallaşma prosesində və həyatımıza sağlam dəvam etməyimizdə böyük önəm daşıyır. Təbii ki, bütün dünya ölkələri kimi Azərbaycanda vaksinasiya prosesinə önəm verir və ölkəmizin ehtiyatında olan vaksin sayısı günü gündən artır. Azərbaycan Respublikasının vaksinasiya ilə bağlı fikri birmənalı və dəqiqdir. Ölkəmiz vaksinasiyanın önəmini başa düşür və hər bir vətəndaşını təmannasız bir şəkildə virusa qarşı vaksin ilə təmin edir. 

Dövlətimiz bunları əslində Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” sərəncamı ilə təsdiq edir. Bu sərəncamda Respublikamız xəstəlik ilə bağlı ümumi statistikanı xalqıyla paylaşmaqdan çəkinmir və geniş həcmli vaksinasiya prosesini bir daha vurğulayır. Günlük xəstəliklə bağlı statistikalar rəsmi dövlət qurumları tərəfindən xalqa təqdim olunub. Bu statistikalardanda görürük ki, son dövrdə xəstəlik saylarında hissedilən bir azalma mövcüddur. Əlbəttə ki bu təsadüfi deyil, respublikamızın ilk gündən bəri aldığı tədbirlər artıq öz nəticəsini göstərir. Ölkəmizdə xəstəliyə qarşı planlı mübarizə xalqın mənfəətlərini və sağlamlığını ən yüksək səviyyədə qorumaq üçündür. Xəstəliyin ilk dövründən bəri dövlətimiz tərəfindən xalqı qorumaq üçün ölkənin müxtəlif nöqtələtinə COVİD-19 xəstəxanaları quraşdırılıb. Bu xəstəxanalar gündə onlarla, hətta bəlkə yüzlərlə xəstə qəbul edir, eyni zamanda bir çox xəstənidə müalicə edərək sevdiklərinə qovuşdurur. Təcrübələrimə əsaslanaraq rahatlıqla deyə bilərəm ki, bu virusa qarşı görülə biləcək ən yaxşı ehtiyat, xəstəliyə yoluxmanın erkən aşkar olunmasıdır. Bu zaman da təbii ki, COVİD-19 testləri ortaya çıxır. Azərbaycan respublikası xalqının sağlamlığını qorumaq üçün ilk gündən bəri gündə minlərcə COVİD testi edir. Şəhərin müxtəlif xəstəxanalarına yaxınlaşaraq insanlar öz sağlamlıqlarıyla bağlı bu önəmli testi əldə edə bilirlər. Təbii ki, burada testləri yoxlayan laboratoriyalarada böyük iş düşür. Dövlət tərəfindən geniş imkanlar və mütəxəssislərlə təmin edilmiş laboratoriyalar maksimal dəqiqliklə testləri yoxlayır və tez bir şəkildə testi verən şəxsə məlumat verir. Bəs yaxşı biz xəstələndik və daha sonra sağaldıq, sonra necə? Deməli belə, xəstəlikdən sonra sizə İmmunitet sertifikatı verilir. Bu sertifikatın verilməsinin səbəbi odur ki, xəstəlikdən sonra sizin immunitetiniz xəstəliyə qarşı müddətlik güc qazanır və 6 ay keçərli olur. 6 ay sonra artıq siz yenidən vaksinasiya olunmalısınız. Vakisinasiya prossesi ölkəmizdə iki hissədən ibarətdir. 1 və 2-ci doza olaraq vaksin vurulur. 

Peyvəndi vurdurduqdan sonra isə siz artıq peyvənd immunu ilə bağlı sertifikatı əldə edirsiniz. Bu sertifikatın dünya ölkələrində olan keçərliliyi hələdə dəqiqlik qazanmasada ölkəmizin bu barədə addımları dəvam edir. Peyvənd sırası almaq üçün “randevu.its.gov.az” saytında qeydiyyatdan keçməyiniz kifayətdir. Təbii ki, bəzi şəxslər peyvəndə uyğun deyil. Bu zamanlar bu şəxslər qeydiyyata alınır və lazımı quruma sertifikat ilə təmin edilməsiylə bağlı müraciət edilir. Azərbaycanda fərqli növ vaksinlər mövcüddur. Bunlar SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya). Bu peyvəndlər vurulduqdan sonra təqdim olunan sertifikat müddətisizdir. Yəni ki, bu vaksinlər sizin bu xəstəliklə bağlı ömür boyu immunla təmin edir. Əlbəttə ki, vaksinlərin dayanıqlılığı hələdə tam açıqlanmasada görülən odur ki, yetərli keçərliliyə malikdirlər. Ölkəmiz əslində vaksinasiya ilə bağlı geniş imkan verir. Peyvəndlənmə sadəcə özümüzə deyil, həmdə ətrafdakılara qarşı olan vicdan borcumuzdur. Düşünə bilirsiniz, bir gənc, bir ana, bir ata və ya yaşlı biri sizin məsuliyyətsizliyiniz səbəbindən xəstələnə bilər? Cəmiyyətdə sadəcə xüsusi yaş və ya peşə qruplarının deyil, bütün hərkəsin vaksinlə təmin edilməsi çox vacib və təxirə salınmazdır.

Suraxanı rayonu, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Yusubova Şəfa







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA