sedanews.az
sedanews.az

Rayon sakini polis rəisinin əməlləri ilə bağlı ölkə başçısına müraciət etdi.

5-11-2018, 20:43 2 707 dəfə baxılıb

 Rayon sakini polis rəisinin əməlləri ilə bağlı ölkə başçısına müraciət etdi.

 Şikayət məktubu daxil olub. Şikayətçi Milli İstiqlaliyyət vasitəsilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident xanım Mehirban Əliyevaya və digər rəsmi şəxslərə müraciət edib. Oxucularımızın əfvinə sığınıb, yazıda olan bəzi qüsurlara toxunmadan, həmin müraciəti olduğu kimi dərc edirik:
 “Sizə 2010-cu ildə Namiq Əlihüseyn oğlu Camalov Cəlilabad Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunduğu gündən Cəlilabad RPŞ-də özbaşınalıq, korrupsiya və polis əməkdaşlarının qanunla müəyyən olunmamış vaxtlarda 12 saat (24 saat postda olub 6 saat istrahət etdikdən sonra təzədən xidmətə çıxması) postda saxlamaq, 10-gün məzuniyyətdə saxlamaq və sair xoşagəlməz əməlləri barədə məlumat verirəm.
 Cəlilabad RPŞ-nin rəisi Namiq Camalov 2010-cu ilin axırıncı aylarında Cəlilabada RPŞ-nin İTB-nin sahənin polis nəfərlərindən 6 nəfər polis əməkdaşının ərazi (kənd) pullarını heç bir səbəb olmadan dayandırdı. “Kənd pulu” verilməyən polis əməkdaşları maliyyə rəisi Janna İdiris qızı Kazımovadan soruşanda ki, hansı səbəbdən “kənd pulu” dayandırılıb, Janna Kazımova müxtəlif bəhanələr gətirərək bildirdi ki, cənab nazirin əmri var. Onun sözlərinə görə, zabitlərə “kənd pulu” yaşadığı ünvandan xidməti ərazisinə qədər 10 km məsafədə olanda, sahənin polis nəfərlərinin yaşadığı ünvandan xidməti ərazisinə qədər 20 km məsafə olanda düşür. Digər bahanələri o oldu ki, büdcədə pul çatmır, Müvəqqəti Saxlanma Təcridxanasında dustaqlara yemək puluna ayrılıb.
 2011-ci ilin yanvar aylarında həftənin 1-ci günündə Cəlilabad RPŞ-də iclas keçirən Namiq Camalov bildirdi ki, kimin sözü var? Sahənin polis nəfəri Tacəddin Əzizov əlini yuxarı qaldırarak dedi ki, mənim sözüm var. Namiq Camalov bildirdi ki, cənab serjant, buyur. Tacəddin Əzizov bildirdi ki, cənab rəis, biz bundan qabaqkı rəisin dövründə “kənd pulu” alırdıq, amma siz gələndən sonra bizim pulumuzu kəsdilər. Namiq Camalov şəxsiyyət üzrə rəis köməkçisi Laçın Kamal oğlu Paşayeva əmr etdi ki, “bu polis nəfərinin barəsində xidməti yoxlanma aparılsın, görüm bu əməkdaş hansı işi ilə məndən “kənd pulu” tələb edir”.
 ““Şəxsi Heyət üzrə rəis köməkçi Laçın Paşayev sahənin polis nəfərini Tacəddin Əzizovun avtomat “kalaşnikov”unu növbətçi hissədən götüzdürərək, Cəlilabad rayonun mərkəzi stadionuna apararaq, ona idaman normativlərini keçirmişdir. Laçın Paşayev Sahənin polis nəfəri avtomat “kalaşnikov”u Tacəddin Əzizovun çiyninə, boyunun ardına yerə paralel şəklində qoyaraq, bir əlini avtomatın qundağından, bir əlini də güllə çıxan yerdən tutan Əzizovu 100 metrə qaçırıtmışdır. Boyunun ardında avtomat “kalaşınkov” olan Tacəddin Əzizov 100 metrə “qaz yerişi” yeriyəndə məcbur olub bildirdi ki, “mən insanam, bu nə işgəncədir verirsiz, icazə ver biraz dincəlim”. Laçın Paşayev cavabında bildirdi ki, mən cənab rəisimi aldada bilmərəm, “qaz yerişi”ni dincələ-dincələ yeriyə bilməzsən, odur ki, sənin danışdığın kimi, başqa polis əməkdaşları da danışmasının hansı aqibətlə üzləşəcəyini bilsin.
 Cəlilabad RPŞ-nin Maliyyə şöbəsinin rəisi Janna Kazımova polis əməkdaşlarına yazdığı mukafatı alan polis əməkdaşlarını Laçın Paşayeva siyahı üzrə öz xidməti otağına çağıraraq, rəis Namiq Camalovun adından yardım mukafatını polis əməkdaşlarından alırdı. Laçın Paşayev Cəlilabad RPŞ-dən vəzifədən götürülüb başqa rayona verildikdən sonra, eynilə Laçın Paşayevin polis əməkdaşlarından yardım mukafatını aldığı kimi, həmin missiyanı Namiq Camalov Xidmət üzrə rəis muavini Eldar İbrahim oğlu Səfərova tapşırdı. Hər ay hansı polis əməkdaşlarına yardım mukafat yazılırsa, Eldar Səfərov həmin polis əmkdaşlarını öz xidməti otağına çağrıb Namiq Camalovun adı ilə yardım mukafatını onlardan yığır. Yardım mukafatını verməyən polis əməkdaşlarını işlərini dolaşığa salıb xidmətdən azad elətdirirlər.
 2012-ci ildə yaz aylarında sahənin polis nəfəri Şamxal Əliyevə yardım yazılmışdır. Şamxal Əliyevi dəfələrlə Eldar Səfərov öz xidməti otağına çağırıb yardımı almaq istəyəndə, o, imtina etmiş və buna görə Namiq Camalov bölmə rəisi Asif İmanovun vasitəsi ilə ona təsir göstərdi. Lakin Şamxal Əliyev yardımı yenə də vermədi. Bölmə rəisi Asif İmanov Şamxal Əliyevə bildirdi ki, “sən mənim rəsim, cənab Namiq Camalovun pullunu yemisən, indi görəcəksən səni hansı vəziyyətə salacam”.
 Rəis Namiq Camalov Şamxal Əliyevi Sahənin polis nəfəri vəzifəsindən çıxarıb, MST-nın polis nəfəri vəzifəsinə təyin etdi. 1-ay MST-də işləyən Şamxal Əliyev uyğunlaşmadığı üçün təzədən Bölmə rəisi Asif İmanova 1500 manat pul verib, onların şərti ilə razılşadı. Bundan sonra Namiq Camalov onu qəbul edib, təzədən Şamxal Əliyevi sahənin polis nəfəri vəzifəsinə təyin etdi.
 Cəlilabad rayon Polis Şöbəsinin rəisi Namiq Əlihüseyin oğlu Camalov ona verilimiş səlahiyyətlərindən, tutduğu vəzifəsindən istifadə edərək, Azərbaycan Respublikasının qanunlarına məhəl qoymur, işində ədalətsizdik edir. Namiq Camalov Cəlilabad RPŞ-nə 2011-ci ildə rəis vəzifəsinə təyin olduqda, öz tərəfdarlarına gətirib vəzifə verərək, öz çirkin ideyalarını həyata keçirdirdi. Namiq Camalovun gətirdiyi ən yaxın tərəfdarlarından olan Cəlilabad RPŞ-nin CAB-nin rəisi Oktay İdris Oğlu Rəhimov öz xidməti otağında narkotik vasitə olan heroini qəbul edərək şoka düşüb ağzı köpüklənmişdir.
 Rəisin digər yaxın tərafdarı olan Cəlilabad RPŞ-nin CAB-nin Əməkadaşı Fərhad Umud Oğlu Əmiraslanov Cəlilabad rayonunda narko-baronları “aylığa otuzdurub”. Həm də Cəlilabad RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Tural Tofiq oğlu Ağayev vastəsilə narkotik vasitə olan heroini Cəlilabadda narkoman xəstəsi olan insanlara satır. Fərhad Əmiraslanov AR-nın CM-nin 177.2.1, 182.3.2 maddəsi ilə axtarışda olan Əhmədli Xəqani Mirnizami oğlu və onun qurupuna narkotik vasitələr satıb, aylıq pullarını alırdı. Xəqani Əhmədilinin indiyə kimi axtarışda olmasının səbəbi Fərhad Əmiraslanovun ona yaxından köməklik göstərməsidir.
 2016-ci ildə Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri polis sejantı İbiyev Tural Elvar oğlu Namiq Camalovun, Eldar Səfərovun özbaşnalıqları haqqında Daxili İşlər naziri, cənab Ramil Usubova şikayət edəndə, Tural İbiyevi susdurmaq üçün bir neçə polis əməkdaşını nahaqdan üzünə durdurub, yalan, böhtan, iftra atmaqla Eldar Səfərov Tural İbiyevi Daxili İşlər orqanlarından “torba tikməklə” işdən uzaqlaşdırmışdır. Eldar Səfərov 2016-ci ildə Cəlilabad RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Nazim Zeynallıya möhkəm hədə-qorxu edərək, onu vahiməyə salaraq, məcburi raport yazdırıb, Daxili İşlər orqanlarından uzaqlaşdırmışdır.
 2015-ci ilin yanvar ayında Cəlilabad RPŞ-nin polis nəfəri, şəkər xəstəsi olan Nağıyev Süleyman Ağakişi oğlu ailə vəziyyəti ilə əlaqədar yardım almaq üçün rapot yazmışdır. Namiq Camalov Süleyman Nağıyevi yardım almaq üçün raport yazdığına görə Daxili İşlər orqanlarından uzaqlaşdırmaq üçün xüsusi-həkim komissiyasına göndərmişdir. Namiq Camalov və Janna Kazımova Sahənin polis nəfəri, polis serjantı Süleyman Ağakişi oğlu Nağıyevin 2011-ci ildən 2016-ci ilin qurtaracağına qədər əraziyə gediş-gəliş xarakteri daşyan 150 manat yemək pulunu qeyri-qanuni yollarla mənimsəyib, 2016- cildə oktyabr ayında polis mayoru Niyaməddin Əlməddin oğlu Əlihəsənov Namiq Camalovun təşəbbüsü ilə Cəlilabad RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə gəldiyi gündən sahənin polis nəfərlərini tutduğu vəzifələrdən uzaqlaşdırılması ilə hədələyərək, hər birindən 1500 manat pul alaraq, öz vəzifələrində saxladı. Amma onların içində Süleyman Nağıyev 1500 manat pul vermədiyi üçün Niymaəddin Əlihəsənov Süleyman Nağıyevi Daxili İşlər orqanlarından uzaqlaşdracağı ilə hədəliyərək ona məcburi raport yazdırıb Sahənin Polis nəfəri xidmətindən çıxardıb, PPXB-nin xidmətinə verdi. PPXB-nin sürücüsü Elşən Əsgərovdan isə 1500 manat alaraq PPXB-nin sürücü xidmətindən çıxardıb, sahənin polis nəfəri vəzifəsinə verib.
 Namiq Camalov Eldar Səfərovun vasitəsi ilə Cəlilabad RPŞ-nin PPXB-nin polis əməkdaşlarını 12 saat işgəncəli formada işlədir, baxmayaraq PPXB-nin xidməti kitabında qanunvericilikdə göstərilən normal iş saatı 8 saat göstərilir, amma PPXB-nin polis əməkdaşları xidməti kitabda göstərilən 8 saata qol çəksə də, 12 saat xidmət aparır.
 Yazıb Sizdən xahiş edirəm ki, bu özbaşnalıqların, haqsızlıqların, parakəndəliyin aradan qaldırılması üçün sərt addımlar atıb, aidiyyəti üzrə tədbir görəsiniz.
 Əlavə olaraq nəzərinizə çatdırım ki, mövzuda göstərilən Mirxaqani Əhmədli uzun müddət axtarışda olmasına baxmayaraq, Cəlilabad RPŞ-nin rəisi Mübariz Quliyevin göstərişi nəticəsində aparılan axtarış tədbirləri zamanı tutulub istintaq orqanlarına təhvil verilmişdir”.

1






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA