sedanews.az
sedanews.az

Əlilliyin təyin edilməsi meyarları ilə bağlı qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək

14-05-2019, 15:28 918 dəfə baxılıb

Əlilliyin təyin edilməsi meyarları ilə bağlı qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək

   

                         
            
Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq:
"Yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilməklə, xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq".
S.Babayevin sözlərinə görə, bu kriteriyalar Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri tərəfindən hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə ekspertiza edilib.
Nazir qeyd edib ki, yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA