sedanews.az
sedanews.az

Bu pərdəni vuranlar cərimələnəcək - 150 manat

3-06-2019, 12:18 785 dəfə baxılıb

Bu pərdəni vuranlar cərimələnəcək - 150 manat



                Azərbaycanda 1 maydan 15 noyabra qədər maşınların arxa-yan şüşələrinə pərdə və jalüzlərin vurulmasına icazə verilir. Son günlər qanuna dəyişikliklə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir və bu yöndə verilən açıqlamalar çaşqınlığa səbəb olub.
Məsələ ilə bağlı Sedanews.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, pərdə və jalüzlərin istifadəsi mövsümlə tənzimlənir:
“Ölkəmizdə avtomobillərin şüşələrinin qara olması ilə bağlı məhdudiyyətlər var. Lakin bu məhdudiyyətlərdən sui-istifadə edən sürücü və yol polislərinə də rast gəlmək mümkündür. Ölkəmizdə iqlim şəraiti nəzərə alınaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir. Əgər sürücü qanunvericiliyə uyğun olmayan avadanlıqdan istifadə edərsə, 150 manat cərimələnəcək. Həmçinin, sürücülər avtomobilin şüşəsini tündləşdirən vasitələrdən də istifadə edə bilməzlər. Qaydaların dəyişməsi ilə bağlı yayılan xəbərlər əsassızdır, qanuna heç bir dəyişiklik olunmayıb”.
Qeyd edək ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün - 75 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün - 70 faiz təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA