sedanews.az
sedanews.az

“Bu cür cütlüklərin elə boşanması məsləhətdir”

17-07-2019, 16:35 53 dəfə baxılıb

“Bu cür cütlüklərin elə boşanması məsləhətdir”

Lalə Mehralı: “Madam ki, maddi çətinlik fonunda bir-birlərinə güzəştə gebə bilmirlər...”
 

Ombudsman Elmira Süleymanova ölkədə boşanmaların kritik səviyyəyə çatması ilə bağlı açıqlama verib.
Maraqlıdır, ailə dəyərlərinin hər zaman müqəddəs sayıldığı ölkəmizdə boşanmalarının sürətlə artmasına səbəb nədir? Bu, mənəvi dəyərlər sistemimizdəki aşınmaların təzahürüdür? Yoxsa problemin kökündə zəif ailə büdcələri, maddi və sosial çətinliklər dayanır?
Moderator.az-a açıqlama verən sosioloq Lalə Mehralı problemin müxtəlif səbəblərdən qaynaqlandığına diqqət çəkdi:
“Bizim  ölkəmiz dünyanın ən dağıdıcı müharibələrindən birində iştirak edib. Mən II Dünya Müharibəsini nəzərdə tuturam. Hətta o dövrdə də bizim insanlar maddi çətinliyi boşanma səbəbi kimi göstərmirdilər. Insanlar günlərlə yemək yemirdi, amma boşanma söhbəti ortaya çıxmırdı. Bu, son illər aktuallaşıb. Yerindən qalxan boşanmaq haqqında düşünür. Biz xəyanət amilini, təhsil səviyyəsinə görə uyğun gəlməyən cütlüklərin boşanmasını və digər amillərə də diqqət çəkməliyik.
Bu gün zəif büdcə boşanmaların səbəbi kimi 10-cu, 15-ci yerdə dayanan amillərdəndir. Insanlar buna qədər o qədər konfiliktə girir ki, maddiyyat burda rol oynamır. Maddiyyat boşanma səbəblərindən biridir, amma birincisi deyil. Maddi çətinlikər ucbatından ailənin boşanmasına gəlincə, məncə maddi çətinlik fonunda bir-birinə güzəştə getməyi bacarmayan ailələrin elə boşanması məsləhətdir. 
Uyuşmazlıqlar çox sahədə var. Ailələrin böyüklər vasitəsi ilə idiarə edilməsində də ciddi problemlər var. Qaynana, qaynata və baldız amilinə daha çox diqqət yetirmək lazımdır. Gənc ailənin strukturunda dəyişiklik etmək, onun üzərində hökmranlıq eləmək, qadının ailə böyüklərinə qarşı hörmətsiz addımları da ailənin təməlini sarsıdır. Bunların hər biri ayrılıqda bir səbəbdir. Hesab edirəm ki, boşanmaların artmasında qeyd etdiyim amillərin hər biri əhəmiyyətli dərəcədə rol oynayır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA