sedanews.az
sedanews.az

Azərbaycanda 47 nəfəri ilan sancıb, 7-si uşaqdır

24-07-2019, 17:16 981 dəfə baxılıb

Azərbaycanda 47 nəfəri ilan sancıb, 7-si uşaqdır



 

2019-cu ilin aprel ayından bu günə qədər 47 ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət daxil olub. 

Bu barədə Şöbənin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov məlumat verib. O bildirib ki, müraciətlər əsasən gürzə ilanın sancması ilə bağlıdır. 11 xəstədə ağırlaşma qeydə alınıb.
“Ölüm faktı olmayıb. Ümumi müraciətlərdən 7-si uşaqları ilan sancması ilə əlaqədardır. Ən çox müraciətlər Bakıətrafı kəndlər, Hacıqabul, Şirvan, Yevlax, Bərdə, Qəbələ, Şamaxı, Şəmkir, Tovuz, Gəncə və cənub bölgəsindən edilib. Müraciətlər ötən ilin müvafiq dövrü ilə eynidir”. 
A.Maqsudov, həmçinin qeyd edib ki, qara qurd sancmasına görə onlara 4 müraciət olub: “Əqrəb sancması ilə bağlı 11 nəfər müraciət edib, ölüm halı olmayıb”.(Azvision.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA