sedanews.az
sedanews.az

Bu məhsuldan Rusiyaya ancaq 5 kq apara bilərsiz - Yeni qayda

19-08-2019, 15:15 813 dəfə baxılıb

Bu məhsuldan Rusiyaya ancaq 5 kq apara bilərsiz - Yeni qayda



                Bu gündən Azərbaycandan Rusiyaya gedən sərnişinlərin əl çantaları və yükləri yeni qaydalara əsasən yoxlanılacaq.
APA-nın məlumatın görə, Rusiya gömrükçüləri sərnişinlərin yüklərini yeni qaydaya əsasən yoxlayacaqlar. Belə ki, avqustun 19-dan etibarən Rusiyada yeni fitosanitar nəzarət qaydaları qüvvəyə minib.
Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gələn sərnişinlərin əl çantaları və yüklərində meyvə və tərəvəz, gül və bitki mənşəli məhsulların miqdarı sərhəd-keçid məntəqələrində Gömrük Federal Xidmətinin əməkdaşları tərəfindən yoxlanılacaq. Əgər adıçəkilən məhsulların miqdarı 5 kiloqramdan artıq olarsa, o zaman həmin vətəndaşdan fitosanitar sertifikat tələb olunacaq. Bu sənəd olmayacağı təqdirdə, gömrükçülər həmin məhsulu götürəcəklər.
Bundan başqa, vətəndaş ölkəyə ancaq üç buket (hər buketdə 15 ədəd gül olmaqla) gətirə bilər. Yüklər bütün nəqliyyat növlərində yoxlanılacaq.
Yeni fitosanitar qaydaların tətbiq olunacağı sərhəd keçid məntəqələrindən biri Dağıstanda, Azərbaycanla sərhəddə yerləşir. Bundan başqa, Finlandiya, Estoniya ilə sərhədlərdə də yeni qayda tətbiq olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA