Bu gün aparıcı və aktyor Şəhriyar Əbilovun 40 yaşı tamam olur.
Milli.Az axşam.az-a istinadən bildirir ki, həmkarı Cavid Gül onun doğum günü münasibətilə təbrik videosu paylaşıb. Cavid görüntülərdə Şəhriyara arzuları barədə suallar ünvanlayıb.
Şəhriyar isə arzularını belə dilə gətirib:
"40 yaşından sonra pilləkanlardan aşağı düşürsən. Maşın sürə bilmirəm, istəyirəm öyrənim, sonra bahalı bir avtomobil alım. Dənizkənarında hovuzlu bir həyət evi istəyirəm. Evlənmək, üç övladımını olmasını da istəyirəm: iki oğlan, bir qız. Bir də stabil olaraq hər ay 100 min dollar pul istəyirəm".
Cavid Gül isə zarafatla "Buradan imkanlı şəxslərə səslənirik" deyə, bildirib.