sedanews.az
sedanews.az

Azərbaycan-Türkiyə birgə layihəsinin yekunlaşacağı VAXT

9-04-2019, 12:16 1 150 dəfə baxılıb

Azərbaycan-Türkiyə birgə layihəsinin yekunlaşacağı VAXT

                                                                                
   <img src="https://imgs.su/upload/197/560152154.jpg">         
Türkiyənin Qars şəhərində logistika mərkəzinin tikintisi ilə bağlı Azərbaycanla birgə reallaşdırılan işlər cari ilin sonunadək başa çatacaq.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.
Məlumatda qeyd olunub ki, logistika mərkəzinin tikintisində heç bir ləngimə yoxdur.
Nazirlikdən bildiriblər ki, bu mərkəz ölkənin şərqindəki ən vacib logistika mərkəzlərindəndir:
"Qarsdakı logistika mərkəzi regionun inkişafına xidmət göstərəcək".
Qeyd edək ki, Qars logistika mərkəzi 300 min kvadrat metr sahədə tikilir. Hər il bu mərkəz vasitəsilə 412 min ton yük daşınması planlaşdırılır.
Logistika mərkəzinin ərazisində 16 kilometr uzunluğunda dəmiryol xətti tikiləcək və bu xətt Qars-Ərzurum dəmir yoluna birləşdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA