sedanews.az
sedanews.az

Ən böyük arzum- Prezidentimə layiq olmaqdır

4-02-2022, 16:31 261 dəfə baxılıb

                                  

   “Azərbaycanda elə şərait yaratmalıyıq ki, xaricdə təhsil alanlar özləri Vətənə qayıtmağı arzulasın!”
Bu kəlmələr Prezident İlham Əliyevin fevralın 2-də Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndi. Bu biz gənclərə böyük stimul verdi. Xaricdə təhsil alan azərbaycanlı gənc olaraq ölkəmlə, ölkəmin sərkərdəsiylə qürur duyur, hər zaman hər yerdə fəxarətlə danışıram. Bir azərbaycanlı gənc olaraq özümü çox xoşbəxt hiss edirəm. Xoşbəxtəm ona görə ki, azad, zəfər qazanmış ölkənin vətəndaşıyam. Xoşbəxtəm ona görə ki, xaricdə təhsil almaq imkanım var. Bu imkanı mənə dövlətimiz, dövlət başçımızın gözəl və uzaqgörən siyasəti nəsib edib.
2007-2015-ci, 2019-2023-cü illər dövlət proqramları çərçivəsində xaricdə təhsil almaq mümkündür. Bu proqramlar əsasında nəinki ali məktəbin bakalavr və magistr səviyyəsi üzrə, eyni zamanda dokturantura təhsili də alanlar çoxdur. Hökümətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil imkanları ən imkansız ailələrin savadlı, bacarıqlı, həvəsli övladları üçün yaradılan ən gözəl şəraitdir. Dövlət öz gənclərinin təhsilli olmasında maraqlıdır. Bu baxımdan xaricə təhsil almağa gedən tələbələr də dövlətin onlar üçün etdiyini unutmamalı, ölkəni layiqincə təmsil etməli, vətənə, qanı bahasına torpaqlarımızı düşməndən azad edən, bizə qürur yaşadan, çoxları gənc ikən şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhu naminə, Vətən üçün gecəsini gündüzünə qatan, rahatlıq bilməyən, hər addımında Azərbaycan deyən Ali Baş Komandanımız İlham Əliyevə yaraşan tərzdə addımlamalı və ölkəsinə dönmək arzusuyla yaşamalıdırlar. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir.
Dövlətimizin başçısının "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir. Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Qardaş ölkə Türkiyyənin Hacet Tepe nəzdində Muzik və Gözel Sanatlar Universitesində ingilis dilində Akademik Vokal təhsili alan mən italyan dili dərslərindən imtahan verərək azad olundum. Bu gün 18 yaşım olmasına baxmayaraq 6 dildə sərbəs danışır, yazır və məqalələrdə çıxış edirəm. Şimali Kiprdə keçirilən 8 noyabr –Zəfər Qələbəsinə həsr olunmuş tədbirdə çıxışımdan sonra Kıprızın Cumhur başkanı Ərsin Tatardan ödül alarkən Türkiyyədə təhsil almağıma çox sevindim. Xaricdə təhsil alacağım üçün deyil, ölkəmi xaricdə layiqincə təmsil etmə imkanım olduğu üçün qürur duydum. Hər addımımda Vətəni, onun şəhidlərini, qazilərini, vətənə
borcumu düşündüm. 18 yaşım tamam olan kimi Yeni Azərbaycan Partiyasının sıralarına üzv olmaq üşün ərizə ilə müraciət etdim. Ən böyük istəyim idi. Yeni Azərbaycan Partiyasının sıralarına üzv olaraq üzvlük vəsiqəsi alacağım günü səbirsizliklə gözləyirəm.
2 fevral 2022-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən keçirilən Gənclər Gününə həsr olunmuş tədbirdə mənə verilən çıxışdan qürurlandım. Bir tələbəyə bundan gözəl hədiyyə ola bilməz. Vətəni bu gün dünyaya igidləri ilə, haqq ədaləti, insanpərvərliyi, humanistliyi, siyasəti ilə tanıdan vüqarlı İlham Əliyevə-komandanımıza layiq olmaq üçün əlimdən gələni etməyə çalışıram.
Bir gənc olaraq vətənə borcum xaricdə təhsilimi bitirəndən sonra Azərbaycana dönməkdir! Canı Azərbaycan olan vətən yolunda can qoyan, biz gəncləri azad, firavan gələcəyə səsləyən, ruhlandıran, bizə gözəl imkanlar yaradan Prezidentimizin ardıyca addımlamaq Azərbaycan gəncinin ən böyük arzusudur! Vətəni sevməyi ondan öyrəndik! Vətənçün yanmağı ondan öyrəndik! Vətəni yaşatmağı da ondan oyrənirik! Bizim Ali Baş Komandan-İlham Əliyevdən!                 Ən böyük arzum layiqli vətəndaş olmaqdır!
                                                                 Suraxanı rayonunun fəal gənci, Hacet Tepe nəzdində                                                                                    Sanatlar və Muzik Unuversitesi”nin                                                                                         (Akademik vokal üzrə) tələbəsi Nigar Rəhimova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA