sedanews.az
sedanews.az

Mahmud Tağıyevdən qisas alındı: 12 il həbs! – Vəkil

4-07-2019, 14:24 975 dəfə baxılıb

Mahmud Tağıyevdən qisas alındı: 12 il həbs! – Vəkil





                Bakıda hədə-qorxu ilə pul tələb etməkdə (Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi) təqsirləndirilən “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyev barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. M.Tağıyevin bəraət hökmünün çıxarılması haqda şikayəti təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona verilən 12 il həbs cəzası qüvvədə saxlanılıb.
Mövzunu şərh edən hüquqşünas Səməd Vəkilov Axar.az-a bildirib ki, cinayət törətmiş şəxslərə verilən cəzalar adekvat olmalıdır. S.Vəkilov hesab edir ki, bu halda M.Tağıyevə verilən cəza adekvat deyil:
“Cəzanın məqsədi heç də kimdənsə qisas almaq, insana əvəzini ödətmək deyil. Cəzanın məqsədi islah etməkdir. Mahmud Tağıyevin cinayət işindən məlum olur ki, o, zərərçəkmiş şəxslərdən hədə-qorxu yolu ilə pul tələb edib, ancaq ala bilməyib. Yəni zərərçəkmiş şəxsə maddi zərər dəyməyib. Bu mənada hesab edirəm ki, Mahmud Tağıyevin cinayət işi üzrə ona verilən cəza həddən artıq ağırdır.
Bu kimi adekvat olmayan cəzalara əsasən hesab edirəm ki, Cinayət Məcəlləsinə müəyyən dəyişiklik edilməlidir. Məsələn, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan həkimlərə verilən cəza çox azdır. Təsəvvür edin ki, Mahmud Tağıyev ölümə, hətta maddi ziyana səbəb olmadığı halda 12 il həbs verilir, ancaq səhlənkarlıq üzündən insan ölümünə səbəb olan bir çox həkim əsasən cəzasız qalır, ən yaxşı halda işdən uzaqlaşdırılır. Hesab edirəm ki, bu cəmiyyətdə hüquqi tənzimləmədə narahatlıq yaradan faktdır. Ümumiyyətlə, ehtiyatsızlıqdan və ya səhlənkarlıqdan insan ölümünə səbəb olan həkimlərə verilən cəzalar artırılmalıdır”.
S.Vəkilov bildirib ki, bu kimi məsələlərdə hakimin ədalətli olması çox vacibdir:
“Hakim ədalətli olarsa, Cinayət Məcəlləsi kifayət qədər imkan verir ki, cəza törətmiş şəxs layiqli cəza alsın”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA