sedanews.az
sedanews.az

Bakıda nazirlər “Sülh çeşməsi” niyə müzakirə etmədi?

14-10-2019, 14:51 855 dəfə baxılıb

Bakıda nazirlər “Sülh çeşməsi” niyə müzakirə etmədi?

                Azərbaycan Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatla bağlı öz mövqeyini bildirib. Bugünkü nazirlər iclasında isə bu məsələ müzakirə predmeti olmayıb.
Axar.az xəbər verir ki, bunu Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının VII iclasından sonra keçirilən mətbuat konfransında Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.
“Azərbaycan dövləti olaraq artıq bu məsələyə münasibətimizi bildirmişik. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələ bugünkü iclasda müzakirə olunmayıb. Sabah prezidentlərin görüşündə bu məsələ müzakirə oluna bilər”, - Həsənov bildirib.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının VII iclası başlayıb. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın xarici işlər nazirləri iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA