DİN sürücülərə müraciət edib / "Məsuliyyətsiz davranış ciddi təhlükədir!"

Baş verən qəzalarda sürət həddinin aşılması əsas rol oynayır
Daxili İşıər Nazirliyi yollarda sürətə nəzarət üçün quraşdırılmış radarlarla bağlı sürücülərə müraciət edib. Nazirlik sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin əsas prioritet istiqamətlərindəndir. Baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır. Radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir.
Nazirliyin müraciətində deyilir ki, sükan arxasında verilən hər qərar təkcə sürücünün öz taleyini deyil, ətrafdakıların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar sürücüyə “dayan, düşün, təhlükəsiz get” mesajı verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.