sedanews.az
sedanews.az

“Valyuta və valyuta mübadiləsi” haqqında qanunda dəyişiklik

24-01-2019, 16:06 763 dəfə baxılıb

“Valyuta və valyuta mübadiləsi” haqqında qanunda dəyişiklik

                                                            #DÜNYADA                            #UKRAYNA                            #VALYUTA                           
            
Fevral ayından etibarən Ukrayna poçtunda valyuta mübadiləsi mümkün olacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Valyuta və valyuta mübadiləsi" haqqında qanuna edilən dəyişikliklərə əsasən, vətəndaşlar xarici valyutanı yalnız bank və valyuta mübadilə obyektlərində deyil, həm də Ukrayna poçtunun şöbələrində alıb-sata biləcəklər. Dəyişikliklər fevralın 7-dən etibarən qüvvəyə minəcək.
Poçt rabitə əməliyyatçıları müəyyən şərtlərə əsasən valyuta əməliyyatları həyata keçirəcəklər. Bunun üçün Ukrayna Poçt Administrasiyası artıq ölkənin Milli Bankından lisenziya da alıb. Bu şərtlərə görə Ukrayna poçtunun bütün ölkənin 50 faizdən çox ərazisində yerləşən 50-dən yuxarı struktur bölməsi olmalıdır. Eyni zamanda, poçt rabitə xidmətlərinin təqdim olunması sahəsində göstərəcəkləri xidmətdən 50 faizdən az olmamaq şərtilə gəlir əldə olunmalıdır.
REKLAMfacebook.com
Daha ətraflıNative Video by Adributor 2019-cu ildə Ukrayna Milli Bankı lisenziyası olmayan, lakin valyuta əməliyyatları aparmaq istəyən qurumlar üçün müvafiq lisenziyanın verilməsi şərtlərini müəyyən edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA