sedanews.az
sedanews.az

Autizm uşaqları üçün yeni il şənliyi - VİDEO

27-12-2022, 13:27 647 dəfə baxılıb

   Azərbaycan Autizm Assosiasiyası ilin yekunu ilə bağlı tədbir keçirib
   Azərbaycan Autizm Assosiasiyasının təşəbbüsüylə ilin yekunları ilə bağlı həm əyləncəli həm də hesabat xarakterli tədbir baş tutdu.     Cəmiyətimizin fərqli nümayəndələri olan autizmli uşaqların , onlarla bu məşəqqətli yolda bərabər addımlayan valideynlərin və təlimçilərin iştirakı görüş keçirildi. Bununla yanaşı millət vəkilləri, ictimai xadimlər, tanınmış idmançılar və digər fəxri qonaqlar iştirçılar sırasındaydı. Tədbirin əvvəlində il ərzində Azərbaycan Autizm Assosiasiyasının keçirdiyi yerli və beynəlxalq yarışlar, tədbirlər barədə məlumat verildi, qonaqlara bununla bağlı videoçarxlar təqdim olundu. Azərbaycan Autizm Assosiasiyanın sədri Elnur Məmmədli cari ilin uğurlarından danışdı.
Assosiasiyasının vitse-prezidenti, millət vəkili Jalə Əhmədova autizmli uşaqların və ailələrin həssas qrup olduğunu və cəmiyyətin xüsusi diqqətini tələb etdiyini bildirdi.
  Autizm xəstəlik deyil, fərqlilikdi. Cəmiyətimizin həssas kateqoriyasına mənsub olan , dünyanı bir çoxumuzdan fərqli görən nümayəndələri bu tədbirin əsas qəhrəmanları idi. 13 yaşlı Turan Binnətli öz təəssüratlarını bizimlə bölüşdü.
  Gələcəkdə vəkil olmağı arzulayan Mirməhəmməd Hüseynli isə 2023cü ilin astanasında bütün xoş arzularını bizim vasitəmizlə dostlarına çatdırmaq istədi.
   Həmçinin tədbirdə 2022-cü ildə fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplom və təşəkkürnamələr təqdim olundu. Yarışlarda mükafat qazanan autizmli idmançılara hədiyyələr verildi. Rəsmi hissənin ardınca tədbir bəddi hissə ilə davam etdi. İncəsənət nümayəndələrinin iştirakı isə Şənliyin balaca qəhrəmanlarının böyük sevincinə səbəb oldu.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA