sedanews.az
sedanews.az

Faytonçu Nazimin son durumu AÇIQLANDI

Dün, 15:10 66 dəfə baxılıb


İnsult keçirən Pişyari (Faytonçu) Nazimin müalicəsi davam etdirilir, səhhəti yaxşılaşır.
sedanevs.az xəbər verir ki, bu barədə "Report"a müğənninin sənət dostu məlumat verib.
Bildirilib ki, onun reanimasiyadan çıxarılaraq palataya köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanvarın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA