sedanews.az
sedanews.az

Hər yerə 24 saat su veriləcəksə, bu o demək deyil ki... - Sədr

11-09-2025, 14:00


Su istehlakının 70%-dən çoxu kənd təsərrüfatı təyinatlıdır. Bizim içməli suyumuz istifadə etdiyimiz suyun sadəcə 6%-ni təşkil edir, qalanı sənaye və digər istiqamətlər üzrədir.
sedanevs..az Oxu.az-a istinadla xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci günündə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Abşeron yarımadasının digər bölgələrində, hətta Bakının bəzi rayonlarında su rejimlə verilir:
"Bununla bağlı çox böyük proqramlar hazırlanır. Şəbəkələrin yenilənməsi, su mənbələrinin yaradılması istiqamətində tədbirlər görülür. Hazırda suyun duzsuzlaşdırılması layihəsi həyata keçirilir. Həmçinin, suyun təkrar istehsalı, ondan təkrar istifadə istiqamətində işlər aparılır. Bu tədbirlər tamamladıqdan sonra ölkədə həm suyun miqdarı artacaq, həm də şəbəkə olduqdan sonra insanları su ilə rahat təmin edə biləcəyik".
"Bütün hər yerə 24 saat su veriləcəksə, bu o demək deyil ki, suyu israf etməliyik", - deyə sədr əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA