"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Xalq artisti Aygün Kazımova ötən gün 54 yaşını qeyd edib.
“Afaqla onlar” proqramında onun üçün hazırlanan videoçarx nümayiş olunub.
Vudeoçarxda Xalq artisti Röya Ayxan Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. “Ad gününü təbrik edirəm, cansağlığı arzu edirəm. Baxmayaraq ki, nə vaxtsa böyük qalmaqalımız olub. İllər keçir, biz böyüyürük, bəzi şeyləri başa düşürük. Cansağlığı, sənətdə uğurlar arzulayıram. Bizim rəqabətimiz mahnı üstündə olsun. Onsuz da heç vaxt şəxsi münasibətdə problem olmayıb. Bu, sənətlə, yəni balaca dedi-qodularla oldu. Sizi sevirəm”.
Aygün Kızamova açıqlamasında doğum gününü ilk Röya təbrik etdiyini bildirib:
“Düz deyir, o məni, mən də onu çox sevirəm. Bir neçə gün əvvəl göyün yeddinci qatında məni ilk Röya təbrik etdi. Həmin gün biz eyni təyyarə ilə tədbirdən qayıdırdıq. Gəlib məni təbrik etdi, qucaqlaşdıq, öpüşdük. Başqa necə ola bilər? Başqa cür olmamalıdır. Bəzi xoşagəlməz şeylər yaşanıb. İndi Röya da böyüyüb, böyük qızdır. Mən də böyümüşəm, böyük qızam. Bilirəm ki, doğrudan da, Röyanın mənə böyük sevgisi var. Bu, qarşılıqlıdır. Röya, canım, mən də səni sevirəm”.