sedanews.az
sedanews.az

Bakının bəzi ərazilərinin qazı KƏSİLƏCƏK

Bugün, 10:20


Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin qaz kəməri üzərində şamın və siyirtmənin quraşdırılması işləri ilə əlaqədar 05.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən Bakının bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan  yayılan məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Səngəçal qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi Y.Əliyev, B.Bünyatov, İ.Anaşkin, Əməkçi küçələrinin və N.İsmayılov prospektinin bir hissəsinin, Maştağa qəsəbəsinin isə X.Səfərəliyev, M.Hüseynzadə, M.Şəfai, G.Əsgərova, H.Zərdabi küçələrinin, Yasamal rayonu üzrə M.Seyidov və H.Zərdabi küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan, Bahar, Dədə Qorqud qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA