sedanews.az
sedanews.az

Əliyeva Putinlə görüşdən danışdı: Gözəl fürsət idi

25-11-2019, 14:30 708 dəfə baxılıb

Əliyeva Putinlə görüşdən danışdı: Gözəl fürsət idi




                Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.
Axar.az xəbər verir ki, bunu birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsində deyib.
“Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir.
Azərbaycan ilə Rusiyanı qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti, hörmətli Vladimir Vladimiroviç Putin ilə görüşümü qeyd etmək istəyirəm. Bu bizim ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var”, - Mehriban Əliyeva bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA