sedanews.az
sedanews.az

Çevrilişin arxasında Fransa durur, Putini çıxarır - Ekspert

8-09-2021, 11:09 36 dəfə baxılıb

Çevrilişin arxasında Fransa durur, Putini çıxarır - Ekspert



Son günlər dünyada ən çox müzakirə olunun mövzulardan biri Qvineyada olan hərbi çevrilişdir – Prezident həbs edilib, parlament və hökumət buraxılıb. Çevrilişin rəhbəri Mamadi Doumbouya adlı zabitdir, 1980-ci il doğumludur, Qvineya xüsusi təyinatlarının komandiridir, təhsilini Fransada alıb, hərbi karyerasını isə “Fransa legionu”nda qurub.
 Bu barədə ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, devrilmiş Prezident, 83 yaşlı Alfa Kondedə təhsilini Fransada alıb, 21 dekabr 2010-cu ildə prezident seçilib, ondan öncə “siyasi məhbus” olub, demokratiya uğrunda mübarizə aparıb:
“Konstitutsiyaya görə, Qvineyada prezident 2 dəfədən çox seçilə bilməz, 2020-ci ildə Konde getməli idi, amma getmədi, referendum keçirib prezidentin 2 dəfədən çox seçilmə məhdudiyyətini aradan götürmək istədi. Qvineya tək Fransa müstəmləkəsi olmayıb, həm də daim Fransanın orbitində olub, rəsmi dövlət dili də fransız dilidir – 2019-da Fransa Kondeyə, “referenduma getmə, yerinə adamımız var, sən get dincəl”, demişdi, amma hakimiyyət hərisliyi o qədər güclü oldu ki, Konde bu mesajı iqnor etdi və Rusiya ilə, Çin ilə daha sıx əlaqələr qurmağa başladı”.
Ekspert xatırladıb ki, dünya üzrə alüminium boksitin (metalı almaq üçün xammal) 20%-i Qvineyadadır – “yaşıl iqtisadiyyat”a, bərpaolunun enerjiyə keçid alüminiuma tələbatı çox kəskin artırıb. Qvineyada dövlətin təsisçisi olduğu “Société Minière de Boké” (SMB) şirkəti ölkənin boksit istehsalının inhisarçısıdır. Şirkətdə ən böyük pay sahibi Çinin “Shandong Weiqiao” şirkətidir. Ölkənin istehsal etdiyi alüminium boksitinin 55%-i Çin alır:
“Qvineyada daha bir böyük boksit istehsalçısı var – “Rusal” şirkəti. Şirkətin rəhbəri rusiyalı oliqarx, Putinin yaxın dostu Oleq Deripaskadır.
Ölkənin böyük qızıl ehtiyatları da var, Qvineyada ən böyük qızıl yatağı “Nordgold” şirkətinə məxsusdur, şirkətin sahibi Aleksey Mordaşovdur – bu milyarder də Putinin yaxınıdır, onu Putinlə tələbə yoldaşı Çubays tanış etmişdi.
Uzun sözün qısası: Çin və Rusiya dünyada öz maraqlarını daha aqressiv yaymağa başlayıb. Dünyada əlvan metallar, yarımkeçiricilərin xammalı uğrunda kəskin mübarizə qızışıb (Əfqanıstan da bu mücadilənin tərkib hissəsidir). Qvineyanın prezidenti öz taxt-tacını Çinlə, Rusiya ilə oynayaraq, yaxınlaşaraq qorumağa, ömrünü uzatmağa çalışdı – həmən çevrilişlə üzləşdi”.
Ekspertin sözlərinə görə, Konde çox ciddi səhv edərək, Fransanın, Qərbin davranışlarını, yanaşmasını anlamadan, onlarla danışığı pozub və nəticə də ona görə bu cürdür:
“Qvineyanın əhalisinin 85%-i müsəlmadır, 12,7 mln. əhalinin 6 mln. nəfərə yaxını yoxsulluq həddindən də aşağı yaşayır, adambaşına düşən ÜDM cəmi 1119 dollar təşkil edir. Yəni, təbii sərvətlər bol, əmək resursu bol, qızıl var, əlvan metallar var, hətta az da olsa, neft-qaz da var, dövlət ənənəsi, idarəçilik sistemi yoxdur. Dünyanın böyük ölkələri də öz maraqları çərçivəsində bu tipli ölkələri oyuncağa çevirirlər, itirilən insan həyatlarını heçə sayırlar. İndi Fransa, guya, çevrilişi tənqid edir, amma yeni, gənc, 1980-ci ildə anadan olan Mamadini gizlicə oynadır, Rusiya və Çinə dərs verir, nəticədə dəyişən bir şey olacaq – ölkənin resurslarını Rusiya ilə Çin yox, əvvəlki onillərdə olduğu kimi, Qərb sümürməyə başlayacaq, hələ bir adını da, “demokratiya qururuq”, qoyacaqlar...”
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA