sedanews.az
sedanews.az

Bakıda ticarət obyektlərinin adları niyə sökülür?

3-12-2019, 12:35 691 dəfə baxılıb

Bakıda ticarət obyektlərinin adları niyə sökülür?

                Bu ilin aprelində “Reklam haqqında” Qanuna dəyişiklik edildikdən sonra artıq bir müddətdir ki, Bakının ətraf qəsəbələrində fəaliyyət göstərən ticarət obyektlərinin istehlakçılar üçün nəzərdə tutulan məlumatlandırıcı lövhələrinin söküntüsünə başlanılıb. Bu isə bəzi obyekt sahiblərinin narazılığına səbəb olub.
Bəs görəsən, ticarət obyekti haqqında istehlakçıya məlumat verən bu lövhələr hansı hallarda reklam hesab edilmir və ya reklam hesab edilərsə, ödənişin məbləği nə qədərdir?
Məsələ ilə bağlı Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri Axar.az-ın suallarını cavablayıb.
- Obyekt haqqında məlumat verən lövhələr hansı standartlara cavab verdikdə reklam hesab edilmir?
- Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri, reklam daşıyıcıları yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.
- Sözügedən standartlardan kənara çıxılsa, reklam hesab edilən bu lövhələr üçün ödəniş nə qədər olmalıdır?
- Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilib. Həmin məbləğlər reklam daşıyıcısının növünə, reklamın ölçüsünə və yerləşdiyi əraziyə görə dəyişir. Onlarla Agentliyin rəsmi www.adra.gov.az internet səhifəsinin tariflər bölümündə tanış olmaq olar.
- İcazə sənədi olmadan reklam yerləşdirən obyektlərə qarşı hansı tədbirlər görülür?
- Agentliyin müfəttişlərinin mütəmadi apardıqları monitorinqlər zamanı icazə sənədi olmadan, habelə qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinə də rast gəlinir. Reklam yayıcıları qanunvericiliyin tələblərinə əməl etmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür.
- Bəzən olur ki, ticarət obyektinin sahibi məlumatlandırılmadığı halda reklam bannerləri sökülür. Bu da haqlı narazılığa səbəb olur. Ola bilərmi ki, həmin sahibkarlarla bannerləri sökmək əvəzinə yerindəcə müqavilə bağlansın?
- Açıq məkanda hər hansı bir reklam yerləşdirilərkən sahibkar Dövlət Reklam Agentliyinə müraciət edərək icazə almalıdır. Yalnız icazə sənədi verildikdən sonra açıq məkanda reklamın yayımını həyata keçirmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA