sedanews.az
sedanews.az

“Azərenerji” rəsmisi:Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər 32 SES tikilib, yaxud yenidən qurulub

3-09-2024, 10:42 137 dəfə baxılıb


  İşğaldan azad olunan ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərererji” ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər 32 Su Elektrik Stansiyası (SES) tikilib, yaxud yenidən qurulub.
  “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Azərenerji” ASC mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.
O bildirib ki, bu il sentyabrın 2-də Qarabağ işğaldan azad olunandan sonra bölgədə istifadəyə verilən ən böyük SES-in açılışı olub:
“40 meqavat gücündə olan Yuxarıbəy SES Kəlbəcər silsiləsinə aiddir və yaşıl enerji zonasına daxildir. SES tikilərkən flora və faunanın, eyni zamanda, digər normativlərin qorunmasına tam riayət olunub. Obyektdə Avropa istehsalı olan ekoturbinlər quraşdırılıb. Bu SES təkcə Kəlbəcərə deyil, ətraf rayonlara da elektrik enerjisi ötürmək gücündədir.
  Həmin SES Kəlbəcəri beş il elektrik enerjisi ilə təmin etmək imkanındadır. Yuxarıbəy SES-in istifadəyə verilməsi Yaşıl Dünya Həmrəylik ilində və COP29 üçün xüsusi əhəmiyyətə malikdir. Ümumulikdə Qarabağ və Şərqi Zəngəzurun SES potensialı 500 meqavata qədər qiymətləndirilir. Gələcəkdə daha 39 SES-in tikintisi mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA