sedanews.az
sedanews.az

“Belə valideynlərə tövsiyə edirəm ki, bu hoqqanı körpə uşaqların başında “sındırmasınlar””

10-12-2019, 15:46 610 dəfə baxılıb

“Belə valideynlərə tövsiyə edirəm ki, bu hoqqanı körpə uşaqların başında “sındırmasınlar””



 

 “Yaradılan qadın komitələrinin iş əmsalları konkret olaraq bəlli deyil...”
“Belə valideynlərə tövsiyə edirəm ki, onlar öz konfiliktlərini ailə daxilində həll etsinlər, bu oyunu, hoqqanı, eksperimenti, eybəcərliyi, əxlaqsızılığı körpə uşaqların başında “sındırmasınlar””.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ailədaxili münaqişələr haqda danışarkən deyib. Ş.Əbdül bu cür hadisələrdən uşaqları qorumağın vacibliyini vurğulayıb:

“Bu gün Azərbaycanda qadın hüquqlarını qoruyan müdafiə komitələri var. Amma çox qəribədir ki, onlar qeydiyyatdan keçib, yaradılıb, lakin konkret iş əmsalları nədən ibarətdir, bəlli deyil. Məni dəhşətə gətirən odur ki, ya bir oğlan bir qızla, ya da bir ailə digər ailəylə danışıb qohum olur, iki uşaqdan sonra bunlar ayrılırlar və ailələr də bir-birinə düşmən olur. Mən də onlara irad tutub deyirəm ki, sizin şəxsi münasibətləriniz uşaqlara aid ola bilməz, onlar xalqın övladıdır, siz bunları körpəliyindən niyə şikəst edirsiniz? Bunun da hamısının səbəbi maariflənmənin olmaması, şəxsi maraqların burda rol oynamasıdır. Hətta belə hadisələrdə adət-ənənələrimizi, mentalitetimizi misal gətirirlər, amma özləri cəhənnəm, bunlar belə etməklə adət-ənənələrimizi də gözdən salırlar. Belə valideynlərə tövsiyə edirəm ki, onlar öz konfliktlərini ailə daxilində həll etsinlər, bu oyunu, hoqqanı, eksperimenti, eybəcərliyi, əxlaqsızılığı körpə uşaqların başında “sındırmasınlar””.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA