sedanews.az
sedanews.az

Sofiyada erməni deputatın yeni təxribatı: cavabını aldı

21-11-2019, 15:27 762 dəfə baxılıb

Sofiyada erməni deputatın yeni təxribatı: cavabını aldı



                Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş Assambleyasının bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istədilər.
Axar.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat verib. O, erməni deputatlardan birinin Ermənistan rəhbərləri tərəfindən verilmiş bəyanatları Azərbaycanın da adına çıxdığını deyib:
“Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqının maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı-Tiflis-Qars dəmiryol xəttindən danışaraq, onun əhəmiyyətini azaltmağa çalışdı.
Onlardan sonra çıxış edərək, Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sessiyanın nəzərinə çatdırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri-şərtsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə yüksək muxtariyyət verməyə hazırdır. O ki qaldı dəmiryol xəttinə, əgər işğal məsələsi olmasaydı, həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycanın iqtisadi layihələrindən yüz milyonlarla gəlir ala bilərdi”.
A.Mirzəzadə deputat həmkarı, Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyevanın çıxış edərək, Ermənistan nümayəndələrinin beynəlxalq tədbirdə “arsax” yalanını yaymasına etirazını bildirdiyini və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdiyini deyib.
Qeyd edək ki, A.Mirzəzadə ötən gün də sözügedən tədbirdə erməni deputatlardan birinin “arsax”da “demokratik seçki” keçirilməsi ilə bağlı sözlərinə etiraz etdiyini, beynəlxalq tədbirin sədrindən Ermənistan deputatının siyasi təxribatının qarşısının alınmasını tələb etdiyini söyləmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA