sedanews.az
sedanews.az

Ruhani Rusiyanın 5 milyardına ümid edir

9-12-2019, 15:40 569 dəfə baxılıb

Ruhani Rusiyanın 5 milyardına ümid edir

                İran Prezidenti Ruhani ABŞ sanksiyalarına qarşı parlamentə təqdim etdiyi dirəniş büdcəsi haqda danışıb.
Axar.az xəbər verir ki, büdcə ilə bağlı açıqlama yayan İran Prezidenti Həsən Ruhani Rusiyanın ölkəsinə 5 milyard dollarlıq investisiya yatıracağını bildirib. O, yeni büdcə sayəsində ABŞ-ın sanksiyalarından sonra yaranan çətinlikləri ortadan qaldırmağı planlaşdırdıqlarını söyləyib:
“Xalqın sanksiya və təzyiq altında çətinliklərlə qarşılaşdığını və satın almaq gücünün azaldığını bilirik. Ölkəyə həm bitən layihələr, həm də gələn ilk tamamlanacaq çalışmalar sayəsində 5 milyard dollarlıq Rusiya investisiyasının daxil olacağına ümid edirik”.
Qeyd edək ki, Ruhani ABŞ-ın sanksiyalarına müqavimət büdcəsi layihəsini parlamentə ötən gün təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA