sedanews.az
sedanews.az

İran "S-300"dən üstün hesab etdiyi silahı təqdim etdi

22-08-2019, 11:29 839 dəfə baxılıb

İran "S-300"dən üstün hesab etdiyi silahı təqdim etdi 


Tehran avqustun 22-də "Bavər-373" zenit-raket kompleksini (ZRK) təqdim edib.
Məlumata əsasən, İran Prezidenti Həsən Ruhani ZRK-nin təqdimat mərasimində iştirak edib.
İranda "Bavər-373"ü Rusiya istehsalı olan "S-300" ZRK-dən daha üstün hesab edirlər. Sözügedən kompleks tam şəkildə İranda layihələndirilib və hazırlanıb.
Şaquli buraxılış qurğusu olan ZRK "Sayad-4" raketləri ilə təchiz olunub. O, müxtəlif hava hədəflərini, o cümlədən, qırıcıları və "görünməz təyyarələri", pilotsuz uçuş aparatlarını, qanadlı və ballistik raketləri vura bilir. "Bavər-373" ZRK 27 kilometr hündürlükdəki və 200 kilometr radiusdakı hədəfləri məhv edir. Bununla belə, kompleks 300 kilometrdən uzaqdakı hədəfləri aşkarlamaq iqtidarındadır.
Xatırladaq ki, Tehran 2016-cı ildə Rusiyadan "S-300" ZRK-nı təqribən 900 milyon dollara alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA