sedanews.az
sedanews.az

Baş prokuror Elvin Mirzəyevi vəzifədən azad etdi

31-05-2019, 16:03 1 044 dəfə baxılıb

Baş prokuror Elvin Mirzəyevi vəzifədən azad etdi



                Ağsu rayon prokuroru vəzifədən azad edilib.
Sedanews.az-ın əldə etdiyi məlumata görə, rayon prokuroru Elvin Mirzəyev işində yol verdiyi nöqsanlara görə Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə sərəncama götürülüb.
Onun yerinə Baş Prokurorluğun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisinin böyük prokurur-metodisti Namiq Muradov təyin edilib.
Qeyd edək ki, N.Muradov daha əvvəl Qarabağ və Lənkəran regionları üzrə hərbi prokuror vəzifəsini tutub və prokurorluq orqanlarında böyük təcrübəyə malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA